“Azərbaycan və Türkiyə prezidentləri Rusiyanın bu planını pozacaq”- POLİTOLOQ

“Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın yeni ildə Azərbaycana gəlməsi iki qardaş ölkə arasında hərbi-texniki əməkdaşlığı daha da inkişaf etdirmək, Rusiya hakimiyyətinin Azərbaycana qarşı Dağlıq Qarabağda təzyiqlərini neytrallaşdırmaq və xüsusilə Xocalı aeroportunun açılmaması üçün bu məsələdə birgə çıxış etməkdir”.

Bizim.Media xəbər verir ki, bu şərhlə Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O qeyd edib ki, Rusiya Prezidenti Vladimir  Putin imza atdığı üçtərəfli Bəyannamədə öhdəlikləri yerinə yetirmir:

“Nikol Paşinyan isə imza atdığı öhdəliklərə uyğun olaraq Azərbaycanla sərhədin müəyyənləşdirilməsini həyata keçirir, Azərbaycan ərazilərindən silahlı qüvvələrini geri çəkib və status məsələsini kənara qoyub. Narazı erməni cəmiyyətinə “sərhədlərimizə çəkilirik” açıqlamasını verir.

Həmçinin, Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpasına çalışır. Putin isə, Paşinyan kimi öz imzasına hörmət etmir. O, imza atdığı öhədliklərə uyğun olaraq silahlı erməni birləşmələrini bu ərazilərdən çıxarmır. Əksinə, Rusiya "sülhməramlı" adında hərbiçiləri vasitəsilə Ermənistan ərazisindən yeni silahlı erməni birləşmələri gətirir. Separtçıları qoruyur və onların "statusunu" gündəmə gətirir. Azərbaycan hərbiçilərinə qarşı diversiya və təxribatların həyata keçirilməsi üçün erməni yaraqlılara təlim keçir”.

Politoloqun sözlərinə görə, Rusiya Dağlıq Qarabağda sülhün təminatçısı rolunda çıxış etmir:

“Ermənistanı müdafiyə edərək, Azərbaycan köçkünlərinin geri qayıtmaması üçün erməni silahlı birləşmələrini bu ərazilərdə yerləşdirir,  yeni səngərlər qazılır və döyüş postları yaradılır. Ötən gün separatçıların rəhbəri Arayik Arutunyan yeni döyüş postları və səngərlərə baş çəkib. Bütün bunlar Rusiya sülhməramlı qüvvələrinin himayəsi ilə həyata keçirilir".

"Arayik Arutunyan və Vitali Balasanyan artıq göstərişi Yerevandan deyil, Kremldən alır. İki şəxs Azərbaycana qarşı yeni müharibə və yeni ordu qurulacağını vurğulayır. Təbii ki, onlar Rusiya rəhbərliyinə arxayın olub belə avantürüst fikirlər ortaya qoyur. Bir sözlə Rusiya hakimiyyəti burada separatizimi dəstəkləyir və onları Azərbaycana qarşı gücləndirir. Belə olan təqdirdə Türkiyə Azərbaycanda öz hərbi personalı ilə qalıcı olacaq”.

Siyasi şərhçinin fikrincə, Türkiyə Qarabağda öz hərbi qüvvələrini gücləndirməklə, Azərbaycan hərbiçiləri ilə birgə xidmət aparacaq:

“Rusiya isə, Azərbaycan və Türkiyə əvəzinə, həmçinin bu ölkənin geosiyasi maraqlarını terrorçu Arayik Arutunyan və Vitali Balasanyanla əvəz edib. Düşünürəm ki, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan onların bu planını da pozacaq".

"Regionda Türkiyənin mövqeyi güclənəcək və Rusiya kiçik bir ərazidə ermənilər vasitəsilə heç bir uğura malik olmayacaq”.

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Babək Niftəliyevdən oğluna ad günü hədiyyəsi - VİDEO

Babək Niftəliyevdən oğluna ad günü hədiyyəsi - VİDEO

Bu BÜRCLƏR üçün ağ günlər başlayacaq

Bu BÜRCLƏR üçün ağ günlər başlayacaq

12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?

12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?

Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı

Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı

Masallıda qəza: Sürücüsü qadın olan "Chevrolet" dərəyə yuvarlandı - FOTO - VİDEO

Masallıda qəza: Sürücüsü qadın olan "Chevrolet" dərəyə yuvarlandı - FOTO - VİDEO

Masallıda zibil poliqonunda başlayan yanğın ətraf ərazilərə YAYILDI - FOTO

Masallıda zibil poliqonunda başlayan yanğın ətraf ərazilərə YAYILDI - FOTO

End of content

No more pages to load

RADİO