ABŞ-da həbsdə saxlanılan rusiyalı pilot Konstantin Yaroşenko Rusiyada cəza çəkən amerikalı Trevor Reidlə dəyişdirilib.
Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, əməliyyat türkiyədə baş tutub.
Liberiyada narkotik qaçaqçılığı ittihamı ilə həbs edilən Konstantin Yaroşenko 2010-cu ildə ABŞ-da 20 il həbs cəzasına məhkum edilmişdi.
O, 100 milyon dollardan çox dəyəri olan kokainin ABŞ-a gətirilməsində günahkar bilinib.
Qeyd edək ki, dəyişdirilmə əməliyyatında rus və amerikalı xüsusi xidmət orqanları əməkdaşları iştirak ediblər.
Bizim.Media