Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının deputatı Adam Delimxanova “Rusiya Qəhrəmanı” adı verib.
Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, Putin bununla bağlı sərəncam imzalayıb.
"Donetsk Xalq Respublikası, Luqansk Xalq Respublikası (qondarma rejimləri nəzərdə tutur) və Ukraynanın ərazilərində keçirilən xüsusi hərbi əməliyyat zamanı göstərdiyi şücaət və qəhrəmanlığa görə Adam Sultanoviç Delimxanova "Rusiya Federasiyasının Qəhrəmanı" adı verilsin", - sərəncamda deyilir.
Xatırladaq ki, 52 yaşlı Delimxanov Dövlət Dumasının Çeçenistandan olan deputatıdır.
Bizim.Media