Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ukrayna prezidenti Volodimir Zelenskini hədələyib.
Bizim.Media xəbər verir ki, o, “Telegram” kanalında rusiyalı jurnalistlərə qarşı sui-qəsd planlarını şərh edib.
“Rəsmi Kiyev dinc insanlara qarşı terror hücumlarına keçib. Bunu etiraf etmək lazımdır: Ukrayna terrorçu dövlətdir. Zelenski cavab verməlidir. Günahkarlar cəzalandırılmalıdır” – deyə Volodin qeyd edib.
Xatırladaq ki, ötən gün Rusiya Federal Təhlükəsizlik Xidməti jurnalistlər Vladimir Solovyov, Olqa Skabeyeva, Yevgeni Popov, Dmitri Kiselyov və Marqarita Simonyanın həyatına sui-qəsdin qarşısının alındığını bəyan edib.
Bizim.Media