“Cənubi Qafqaz üzrə “3+3” platformasının ikinci iclasına hazırlıq gedir”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Denis Qonçar “Ria Novosti”yə müsahibəsində bildirib.
“Görüşün keçirilmə tarixi və yeri daha sonra elan olunacaq” – deyə Qonçar qeyd edib.
Xatırladaq ki, “3+3” regional platformasının ilk iclası 2021-ci ilin dekabrında Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran XİN-in Baş direktorunun həmsədrliyi ilə Moskvada keçirilib.
Bizim.Media