Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiyada terror aktı planlaşdıran qruplaşmanın fəaliyyətinin qarşısını alıb.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin Baş Prokurorluğun genişləndirilmiş kollegiya iclasında səsləndirib.
"Əlbəttə, indi onlar bunu inkar edəcəklər, lakin faktlar və sübutlar təkzibedilməzdir", - prezident deyib.
Rusiya liderinin sözlərinə görə, cinayətkarların planlarına məşhur bir telejurnalistin (adı açıqlanmır) qətli də daxil olub.
"Rusiya Federasiyasında informasiya fiaskosuna dözən Qərb rusiyalı jurnalistləri öldürmək fikrinə düşüb", - dövlət başçısı əlavə edib.
Vladimir Putinin fikrincə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) kuratorları Kiyevə Rusiya mətbuatının nümayəndələrinin həyatına sui-qəsdlər təşkil etməyi məsləhət görüb.
kp.ru saytının yazdığı kimi, FTX-nın əməkdaşları Stavropol diyarında nəqliyyat infrastrukturuna terror hücumunun qarşısını alıblar. Bu barədə məlumatı aprelin 25-də qurumun İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb.
Bizim.Media