Rusiya Silahlı Qüvvələrinin indiyədək 21 900 hərbçisi zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat paylaşıb.
“Hücum edən tərəfin 884 ədəd tankı, 2 258 ədəd zirehli döyüş maşını, 411 ədəd artilleriya sistemi, 149 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 69 hava hücumundan müdafiə sistemi, 181 ədəd hərbi təyyarəsi, 154 ədəd helikopteri, 1 566 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 201 ədəd dronu, 28 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib” – deyə məlumatda qeyd edilib.
Bizim.Media