“Aprelin 25-də Ermənistanın hər tərəfindən paytaxt Yerevana doğru yürüş təşkil olunacaq”.
Bizim.Media xəbər verir ki, bunu Daşnaksütyun Partiyasının deputatı, Ermənistan parlamentinin sədr müavini İşxan Saqatelyan videomüraciətində bildirib.
“Həmin tarixdən genişmiqyaslı etiraz aksiyaları başlayacaq. İndi real fəaliyyətin vaxtıdır. Əlimizdəki resurslarımız və minlərlə tərəfdarımızla mübarizəyə başlayırıq. Əsas məqsəd hakimiyyətdəki satqınların devrilməsidir” – deyə Saqatalyan qeyd edib.
Bizim.Media