Elnarə Abdullayevadan ATMACA - “Kim istəyir muğamı şortiklə oxusun, özü bilər”

“Keçən il 3 ay Moskvada toylara görə yox, orada konsertə görə uzun müddət qalmalı oldum. “Qələbə” adlı canlı konsert proqramı ilə 1500 nəfərlik zalda çıxış etdim.

Oradan bir manat da pul qazanmadım. Əksinə öz cibimdən xərclədim. Bakıda hələ konsert vermək üçün 100.000 manat pul xərcləməlisən. Moskvada isə bu rəqəm daha artıqdır. 120 000 manata yaxın pul xərclədim. O konserti pul qazanmaq xətrinə etmədim.

Böyük qələbimizə həsr olundu bu konsert. Bunu da Vətənə olan eşqimə, məhəbbətimə görə etdim. İlkini də mən etdim. Bu isə mənim üçün dünyadır. Vətənə görə, canımı fəda edərəm, pul məsələləri önəmli deyil”.  
Bu sözləri Əməkdar artisti Elnarə Abdullayeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Bir müddət əvvəl Əməkdar artisti Nigar Şabanovanın səsləndirdiyi “Oxuduğum muğam janrına yeni tərz gətirmək istəyirəm. Çünki geyim tərzi mənə mane olur” fikirlərinə sənətçi belə münasibət bildirib.

“Kiminsə fikri mənim üçün maraqlı deyil. Hər kəsin öz fikri var və hörmətlə yanaşıram. Kim istəyir muğamı şortiklə oxusun, kimi də donla... Özləri bilər. Mənim nə borcuma? Kim nə istəyir edir. Kiminsə guya qabağını kəsmək olur? Muğam oxuyanın xüsusi ağlı olmalıdır, geyimi yox! Nə istəyirsən geyin, əsas ağlın olsun. Nə oxuyursan oxu, amma ağlın olsun. Sənət yaratmaq lazımdır. Sənəti nə ilə oxuyursansa oxu, amma yarat”.   

Şəxsi biznesinin olub-olmadığı ilə bağlı suala E. Abdullayeva “Bir tikə pulumuzu qazanıb, Allahımıza şükür edirik. Camaat biznesini bağlayır, indi biznes açaq?!” deyə, bu mövzu ilə bağlı fikirlərini belə davam edib.  

“Başqa sahənin adamları bizneslə məşğul ola bilər. Amma mənim öz işlərim var. Konsertlər verirəm. Moskvada “Crocus City” də konsert edən adamın biznes qurmaq heç yadına belə düşmür. Biz sənət yaratmalıyıq, sənət öyrənməliyik.
Biznes qurmaq üçün iş adamları var. Mən bizneslə məşğul olandan sonra iş adamları nə işlə məşğul olacaqlar? Oxuyacaqlar? Xına evləri açanlar müğənnilər deyillər. Onlar o sənətin sahibi deyil.

Biz də gedək xına evi açaq, onlara mane olaq?! Onlar da gəlib oxusun? Bəs sənətlə kim məşğul olacaq? Amma xına evi açıb, bu işlərlə məşğul olan sənət nümayəndələrimiz çox əziyyət çəkirlər. Heç kimə asan gəlməsin”.  
Elnarə bir müddət əvvəl qalmaqal yaşadığı həmkarı Mətanət İsgəndərli ilə hazırda küsülü olmadığını, tam əksinə münasibətlərinin yaxşı olduğunu söyləyib.  

“Mətanət məndən yaşca böyükdür. Hər bir xırda məsələyə görə insan gərək küsməsin, dalaşmasın. Aramızda heç bir küsülük, inciklik yoxdur. Mətanətlə min dəfə görüşüb, qucaqlaşıb, öpüşmüşük. İnsanıq da, birini səhv, birini düz bilirik. Amma bizim aramızda heç biz söz-söhbət yoxdur”.

Qeyd edək ki, E. Abdullayevanın “oğlumun müğənni qızla evlənməsinə icazə vermərəm” sözlərinə həmkarı Əməkdar artist Mətanət İsgəndərli “Belə fikirləri bir sahəyə aid etmək olmaz.
Bu, tamamilə səhv düşüncədir. Əgər özün bu sənətdəsənsə, sənətinə hörmətlə yanaşmalısan. Başqalarını da çağırmalısan ki, sənətinə hörmət etsinlər.

Bu cür fikirlər söyləyən özünü hörmətdən salır. Əgər pisdirsə, o zaman niyə bu sənətə gəlmisən?” deyərək münasibət bildirmişdi. Xanəndə isə cavabında: “Bunların o qədər qarınları qurdludur ki, guya mənim dediklərimi başa düşmürlər. Kim istəyir, getsin, oğlunu müğənni qızla evləndirsin. Bu, sizin şəxsi işinizdir.

Pis mənada deməmişəm. Əgər pis mənada başa düşürsünüzsə, deməli, siz pissiniz ki, bunu pis də anlayırsınız. Siz kimsinizsə, o mənada başa düşürsünüz! Başından böyük cavab versə, qarşısında məni görəcək. Nə lazımdırsa, sözümü deyəcəyəm” deyə mesaj ünvanlamış, nəticədə ikilinin arasında qalmaqal yaşanmışdı. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ronaldonun komandasında CİDDİ İTKİ

Ronaldonun komandasında CİDDİ İTKİ

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

“Barselona” onun müqaviləsini YENİLƏDİ

“Barselona” onun müqaviləsini YENİLƏDİ

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Premyer Liqa klubları onu hədəfə aldı

Premyer Liqa klubları onu hədəfə aldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Bu gün problemləri bitəcək BÜRCLƏR

Bu gün problemləri bitəcək BÜRCLƏR

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO

İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO

End of content

No more pages to load

RADİO