Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 030 ABŞ dollarından yuxarı səviyyədə olub.
Bizim.Media xəbər verir ki, 20 aprel tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) may fyuçerslərinin qiyməti 1 034 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 1,3% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
Bizim.Media