Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, XİN rəhbərləri Ukraynadakı son vəziyyəti müzakirə ediblər.
“Xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb. Söhbət zamanı Ukraynada baş verən son hadisələr müzakirə olunub", - Türkiyə XİN-dən bildirilib.
Bizim.Media