Uşaqlığı döyülməklə keçən Könül Xasıyeva: "Mən xanım ömrü yaşamamışam..." - VİDEO 

“Mən bir xanım ömrü yaşamadım. Bunu Allah mənə nəsib eləmədi. Həmişə məclislərdə, el şənliklərində kişilərlə çiyin-çiyinə çalışmışam. Amma həmişə istəmişəm xanım ömrü yaşayım. Digər xanımlar kimi istəyərdim ömrümün çox hissəsi mətbəxdə keçsin. Əlbəttə ki, ailə-övlad bunlar hamısı vacibdir olmalıdır. Allah hamını xoşbəxt eləsin amma məndə alınmadı...”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva “Üz-Üzə” portret verilişində qonaq olarkən deyib.

Həyatında yaşadığı ağrılı-acılı günləri yada salan sənətkar, atasının onu oxumasına qadağalar qoyduğunu bildirib:

“Atam çox sərt adam idi. Məni də çox döyüb. Zamanında. Oxuyurdum, kişi də məni döyürdü ki, oxuma da. Balaca idim. Bir ya ikinci sinifə gedirdim. Mən də özümü saxlaya bilmirdim, oxuyurdum.
Gedirdim qonşuda otururdum, oxuyurdum, atamın iş yeri yaxın idi. Evə piyada gəlirdi. Yola uşaq qoyurduq, deyirdik ki, gələndə xəbər elə. Mənim səsimi eşitməsin ki , mən oxuyuram. Amma sonralar, mən artıq gəlmişdim Bakıya. Sonralar artıq mən oxuyanda o kövrəlirdi. Bizim rayonda qonşularımız, qohumlarımız, bu verilişi izləyən və atamı tanıyan, ailəmizi tanıyan hər kəs bunun şahididir ki, mən oxuyurdum atam kövrəlirdi, göz yaşı tökürdü. Amma bilmədim bu nədən idi.. Hər iki valideynimin itkisi mənə çox ağır gəlib”. 

O, uşaqlıqda atası tərəfindən tez-tez döyüldüyünü də etiraf edib:  

“Atam çox sərt adam olub. Məni döyüb, amma yerində döyüb. Çünki o vaxt qız uşağının oxumasına yaxşı baxmırdılar.
Deyirlər ki, qızını döyməyən dizini döyər. İndi birdən deyirəm ki, atamızın o vaxt yaxşı ki, hökmü var idi. Atamızın əlini stola vurmağı var idi. Atam işdən gələndə biz hamımız ayağa qalxardıq. Mənim yadımdadı. Anamız da bizi belə öyrədib. Məsələn, atam axşam işdən evə gələnə qədər biz çörək yemirdik. Atam gəlirdi, sonra biz axşam yeməyi yeyirdik”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtaliya Prezidenti Azərbaycana GƏLDİ

İtaliya Prezidenti Azərbaycana GƏLDİ

Cabir İmanovun nəşi Qurd qapısı" qəbiristanlığına APARILIR - VİDEO

Cabir İmanovun nəşi Qurd qapısı" qəbiristanlığına APARILIR - VİDEO

Ermənistanda qondarma “erməni soyqırımı”nı inkar edənlərə CƏZA VERİLƏCƏK?

Ermənistanda qondarma “erməni soyqırımı”nı inkar edənlərə CƏZA VERİLƏCƏK?

“Həm sevincli, həm də həyəcanlıyıq” - Qurban Qurbanov

“Həm sevincli, həm də həyəcanlıyıq” - Qurban Qurbanov

Rusiya Moldovanı İTİRDİ – Moskva revanş planı HAZIRLAYIR?

Rusiya Moldovanı İTİRDİ – Moskva revanş planı HAZIRLAYIR?

Cabir İmanovun vida mərasimindən ürəkdağlayan GÖRÜNTÜLƏR – VİDEO

Cabir İmanovun vida mərasimindən ürəkdağlayan GÖRÜNTÜLƏR – VİDEO

Qəzzada aclıqdan 453 fələstinli həyatını itirdi

Qəzzada aclıqdan 453 fələstinli həyatını itirdi

Gündə neçə armud yemək olar?

Gündə neçə armud yemək olar?

Manatın dövretmə sürəti AZALIB

Manatın dövretmə sürəti AZALIB

Ayxan Abbasov: “Düzgün yanaşma və komanda ruhu ilə yaxşı nəticələr qazanmaq istəyirik”

Ayxan Abbasov: “Düzgün yanaşma və komanda ruhu ilə yaxşı nəticələr qazanmaq istəyirik”

Tahir İmanov: “Bəzi qüvvələr onu yıxmaq istəyirdi…” - VİDEO

Tahir İmanov: “Bəzi qüvvələr onu yıxmaq istəyirdi…” - VİDEO

“Kontakt” Gürcüstanın ən böyük mall-larından birində mağaza açdı - FOTO

“Kontakt” Gürcüstanın ən böyük mall-larından birində mağaza açdı - FOTO

Şimali Qafqazda insan hüquqlarının pozulması ilə bağlı ŞOK HESABAT

Şimali Qafqazda insan hüquqlarının pozulması ilə bağlı ŞOK HESABAT

30 il ölümün gözünə baxan "Xanı" ləqəbli əfsanə - “O büsbütün Vətən idi” – Polkovniklə MÜSAHİBƏ

30 il ölümün gözünə baxan "Xanı" ləqəbli əfsanə - “O büsbütün Vətən idi” – Polkovniklə MÜSAHİBƏ

Cabir İmanovla VİDA mərasimi keçirilir –FOTO/VİDEO

Cabir İmanovla VİDA mərasimi keçirilir –FOTO/VİDEO

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir - FOTO

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir - FOTO

Yuxu qaçıran qidalar - yatmazdan əvvəl yeməyin...

Yuxu qaçıran qidalar - yatmazdan əvvəl yeməyin...

«Kayrat» – «Real»: Almatıda ajiotaj – VİDEO

«Kayrat» – «Real»: Almatıda ajiotaj – VİDEO

Əli Əsədov Lukaşenko ilə görüşdə - FOTO

Əli Əsədov Lukaşenko ilə görüşdə - FOTO

İspaniya Superkubokunun keçiriləcəyi ölkə bəlli oldu

İspaniya Superkubokunun keçiriləcəyi ölkə bəlli oldu

Bakı-Qazax yolunun bu hissəsində tikinti işləri yekunlaşdı – FOTO/VİDEO

Bakı-Qazax yolunun bu hissəsində tikinti işləri yekunlaşdı – FOTO/VİDEO

Razi Nurullayev: “Onlar səhərdən axşama kimi 400-500 manata çalışırlar”

Razi Nurullayev: “Onlar səhərdən axşama kimi 400-500 manata çalışırlar”

Hacı İsmayılov: “Ağlıma gəlməzdi ki, bu, bizim sonuncu şəklimiz olacaq” – VİDEO

Hacı İsmayılov: “Ağlıma gəlməzdi ki, bu, bizim sonuncu şəklimiz olacaq” – VİDEO

Prezident və Birinci vitse-prezident Cabir İmanovun vida mərasiminə əklil göndərdi

Prezident və Birinci vitse-prezident Cabir İmanovun vida mərasiminə əklil göndərdi

End of content

No more pages to load

RADİO