"Rusalka" ləqəbi ilə məşhurlaşan ərəb rəqslərinin ifaçısı Aygün ilə müğənni Luna Əliyeva arasında qalmaqal yaşanıb.
Bizim Media xəbər verir ki, "Tarixin Bir Günü" şousunda müğənninin söylədiyi, "15-20 min qazanan kişilər gedib xalası, bibisi qızını alırlar" kəlməsi rəqqasəni özündən çıxarıb.
"Mən kiminsə xalası, bibisi qızından əskik qızam?! Mən şəxsən öz xeyir işimə səni dəvət edəcəyəm. Azərbaycanlı, yaraşıqlı, pullu, imkanlı iş adamı alacaq məni, özünə arvad edəcək", - deyə rəqqasə bildirib.
Şounun gedişatında rəqqasənin daha bir açıqlaması müzakirələrə səbəb olub.
"Məclislərin birində rəqs edirdim. Bir kişinin anasını güldürdüm. Gəlib onun önündə rəqs etdim. Həmin kişi məni kənara çəkdi, 5000 manat pul verdi", - Aygün vurğulayıb.
Aygün onun söylədiyinə inanmayan Lunaya, "Sənə heç vaxt o qədər pul verməzlər. Sən axı Aygün deyilsən" deyə, cavab verib.
Rəşad Əliyev, Bizim.Media