Bu gün Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılmasından 13 il keçir.
Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında məlumat verib.
“Qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimiz iqtisadi əməkdaşlığımızın və biznes tərəfdaşlığımızın inkişafını daha da sürətləndirəcək”, - deyə nazir paylaşımında yazıb.
Bizim.Media