Bu ilin I rübündə Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən dövlət büdcəsinə 165,1 milyon manat vəsait daxil olub.
Bu barədə Bizim.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,6 % çoxdur.
Hesabat dövründə sair mənbələrdən isə büdcəyə 53,3 milyon manat vəsait daxil olub.
Bizim.Media