Martda Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 411 milyon 103 min manat olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Komitə yayıb.
Mənbə qeyd edir ki, keçən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 106 milyon 824 min manat, əlavə dəyər vergisi üzrə 289 milyon 271 min manat, aksizlər üzrə 11 milyon 259 min manat, yol vergisi üzrə isə 3 milyon 748 min manat təşkil edib.
Bizim.Media