Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Serbiyanın NIS neft şirkətinin səhmlərinin nəzarət zərfinin alınması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
Bizim.Media xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Xidmətindən açıqlama verilib.
"Son günlər Serbiya mətbuatında SOCAR-ın Serbiyada fəaliyyət göstərən NIS neft şirkətinin səhmlərinin nəzarət paketini almaqda maraqlı olduğu barədə məlumat yayılıb. Bildiririk ki, yayılmış məlumat həqiqəti əks etdirmir", - açıqlamada deyilir.
Qeyd edək ki, NIS-in əsas sahibi, Rusiyanın dövlətə məxsus “Qazpromneft” şirkətidir.
"Qazpromneft" Serbiyanın neft şirkətində 51 % paya sahibdir, digər pay hissəsi isə Serbiya hökumətinə məxsusdur.
Bizim.Media