Rusiya istiqraz sahiblərinə ödənişləri dollar əvəzinə rublla təklif etdiyi üçün xarici borcunu defolt edib.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bu barədə S&P kredit reytinq agentliyi məlumat yayıb.
S&P qeyd edib ki, Rusiya aprelin 4-də ödəmə müddəti başa çatan iki dollarlıq istiqraz üçün rublla ödəniş etməyə çalışıb.
Agentlik bunun "seçilmiş defolt" olduğunu bildirib, çünki investorlar çətin ki, rublu əvvəlki borcu olan məbləğlərə ekvivalent dollara çevirə bilsinlər.
Bizim.Media