Ukrayna Prezidenti Volodimir Zelenski yenidən xalqa müraciət edib.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, o, yaxın saatlarda Ukraynanın şərqində və cənubunda Rusiya ilə müharibənin yeni dalğasının başlayacağını deyib.
Ukrayna lideri əlavə edib ki, bu döyüşlər çox çətin və qanlı keçəcək:
"Ölkəmizin şərqində və cənubunda hərbi texnikanın, hərbçilərin cəmləşməsini görürük. Düşmənin gələcəyi bütün dəhlizləri, nə etməyə hazırlaşdığını bilirik. Tab gətirə bilib-bilməyəcəyimiz bizə ediləcək köməkdən, xüsusən də ABŞ-ın hansı sürətlə bizə silah verməsindən asılı olacaq”, - deyə V.Zelenski qeyd edib.
Bizim.Media