Müxalifət Paşinyana qarşı ikinci cəbhə açır

“Armenia Today”-in verdiyi məlumata görə, qondarma Dağlıq Qarabağ respublikasının (Arsax) prezidenti Araik Harutunyanın istefası tələbi ilə siyasi kampaniya başladılıb. İstefa tələbi qondarma rejimin “Ədalət” və “Daşnaksütyün” partiyaları tərəfindən irəli sürlüb.

Onlar Araik Harutunyanı müharibədən sonra yeni hökümətin formlaşdırılmasına dair razılaşmanı pozmaqda ittiham edirlər.

Xəbərdə qeyd olunur ki, müharibədən dərhal sonra qondarma rejimin 5 fraksiyasından 4-ü Harutunyanın istefası tələbi ilə çıxış edib. İstefaya hazır olduğunu qeyd edən Harutunyan isə bəzi siyasi məsləhətləşmələr aparıb və erkən seçkilərin keçirilməsi ilə bağlı siyasi partiyalarla razılığa gəlib. Lakin daha sonra Harutunyan bu razılaşmanı pozub və təkbaşına yeni hökümətin formalaşdırılması üçün vəzifəli şəxslərin təyin olunmasına başlayıb.

Xatırladaq ki, bundan əvvəl Araik Harutunyan Milli Təhlükəsizlik və Polis Xidmətlərinin rəhbərlərinin dəyişdirilməsi haqqında qərar vermişdi. Siyasi partiyalar qondarma rejimin prezidentinin bu şərtlər daxilində hökumətin qurulması, gələcək fəaliyyəti və respublikadakı proseslər üçün tam məsuliyyət daşıdığı vurğulayıblar.

Diqqət çəkən məqam isə Ermənistanda daxili çəkişmələrin fonunda Dağlıq Qarabağda da oxşar siyasi situasiyanın yaranmasıdır.

Digər tərəfdən son günlərdə qondarma rejimin “Təhlükəsizlik Şurasının” rəhbəri Vitali Balasanyanın açıqlamalarla gündəmə gətirilməsi da məsələ ilə birbaşa əlaqəlidir. Balasanyan Paşinyan hakimiyyətinə qarşı müxalif olan şəxslərdən biridir və hazırda Dağlıq Qarabağdaki erməni silahlılarına rəhbərlik edir.

Qondarma rejimin rəhbəri Araik Harutunyan isə birbaşa Ermənistan hökümətinə tabe olan şəxsdir. Müxalifət partiyaları Paşinyanın və Ermənistan hökümətinin istefasını tələb etmələri təbii olaraq Araik Harutunyanı da onların hədəfinə çevirib. 

Paşinyanı devirməyə çalışan müxalifət indiki anda buna nail olmaqda çətinlik yaşayır. Müxalifətin növbəti hədəfi isə qondarma respublikanın rəhbərliyidir.

Görünən odur ki, erməni müxalifəti qondarma rejimin rəhbərliyini ələ keçirməklə Ermənistan hakimiyyətini istefaya məcbur etmək istəyir. Çünki 10 noyabrda imzalanan sənəddə yalnız Ermənistan tərəf kimi iştirak edir. Müqavilənin hər hansı formada pozulması isə birbaşa Ermənistanı zərbə altında qoyacaq.

Qondarma rejim rəhbərliyin istefa verməsi Dağlıq Qarabağın Ermənistanın birbaşa nəzarətindən çıxmaq mənasına gələcək. Çünki Paşinyan hökümətinin bölgədəki əsas təsir vasitəsi Araik Harutunyandır.

Rusiya sülhməramlılarının da bölgədə olması qondarma rejim daxilində müxalifət fəallarının aktivləşməsinə və daha rahat hərəkət etmələrinə səbəb olan amillərdir. Vitali Balasanyanın Dağlıq Qarabağ ermənilərinə rus pasportu verilməsi, itirilən torpaqların geri qaytarlacağı ilə bağlı açıqlamaları da məhz bu qəbildəndir.

Dağlıq Qarabağda baş verəcək hadisələr Azərbaycan tərəfi üçün də təhlükə meyarlarına malikdir.

Çünki Dağlıq Qarabağda Ermənistan hökümətinin təsirinin sıradan çıxması və baş verəcək fikir ayrılıqları qondarma rejim tərəfindən müqaviləyə uyğun olmayan davranışların həyata keçirilməsinə səbəb ola bilər. 10 noyabrdan sonrakı dövrdə Rus sülhməramlıları kölgəsinə sığınan erməni separatçılarının Hadrut istiqamətində təşkil etdikləri hücumlar buna nümunə göstərilə bilər.

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Babək Niftəliyevdən oğluna ad günü hədiyyəsi - VİDEO

Babək Niftəliyevdən oğluna ad günü hədiyyəsi - VİDEO

End of content

No more pages to load

RADİO