Bələdiyyə torpaq sahələrindən sui-istifadə hallarının qarşısı alınacaq.
Bizim.Media xəbər verir ki, bu barədə məsələ Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında əksini tapıb.
Fəaliyyət planında dövlət və bələdiyyə torpaq sahələrinin icarəyə və mülkiyyətə verilməsi, icarə müddətlərinin uzadılması, kateqoriyasının dəyişdirilməsi proseslərinin elektronlaşdırılması, bu sahədə sui-istifadə imkanlarının məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanması nəzərdə tutulur.
Bizim.Media