Azərbaycan cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə Asiya Kubokunda qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, Abil Yusubov (66 kq) əvvəlcə yerli cüdoçu Oqabek Macitova, daha sonra gürcüstanlı Nikoloz Tatrişviliyə, qazaxıstanlı Nurlubek Arqunbekə və Zhalun Nurtaya qalib gələrək finala yüksəlib.
A.Yusubov qızıl medal uğrunda görüşdə gürcüstanlı Mate Qvelesianini məğlub edib.
Azərbaycanın daha bir təmsilçisi Nahid Tarquliyev də finala yüksəlib. 73 kq çəkidə yer alan Tarquliyev finalda qazaxıstanlı Dosbol Balqabayla görüşəcək.
Bizim.Media