Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüşüb.
Bizim.Media xəbər verir ki, nazir bu barədə “Twitter“ hesabında yazıb.
O bildirib ki, görüşdə Azərbaycanda sosial-iqtisadi inkişaf, birgə layihələrin icrası və regionda gedən proseslərin ölkə iqtisadiyyatına mümkün təsirləri barədə müzakirələr aparılıb.
Bizim.Media