Evlənməyə hazırlaşan Bruklin Bekham və Nikola Ann Peltzin evlilik müqaviləsi imzaladığı ortaya çıxıb.
Bizim.Media xəbər verir ki, müqaviləyə əsasən, cütlük boşandıqları halda hər ikisi də ailələrindən qaynaqlanan sərvətdən pay almayacaq.
İkili həmçinin 9 apreldə baş tutacaq nikah mərasiminin yayım haqlarını “Vogue” jurnalına satıb, buna görə də qonaqların sosial media paylaşımı etməməsi barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, Bekham ailəsinin sərvəti 380 milyon sterlinq, Peltz ailəsinin sərvəsi isə 1,3 milyard sterlinqdir.
Bizim.Media