Azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin nişanlısı aktyor Gökhan Alkanın sonuncu addımı müzakirələrə səbəb olub.
Bizim.Media “gazetemagazin”ə istinadən xəbər verir ki, aktyor sosial media hesabında bütün xanım həmkarlarını izləmədən çıxarıb. Onun bu addımı Nəsrinin istəyi ilə atdığı iddia edilib.
Həmin aktrisalar arasında Yağmur Tanrısevsin, Şenay Gürler, "Yasak elma"dan Eda Ece yer alıb.
Sosial media izləyiciləri isə bu addımına görə aktyoru tənqid edib. Belə ki, izləyicilər Gökhan Alkanın ünvanına “Davranışı heç peşəkar deyil”, “Bu, çox qeyri-etikdir” kimi fikirlər bildirib.
Bizim.Media