Türkiyənin Samsun və Ordu şəhərlərinin sərhədində yerləşən iki məhəlləni yalnız bir yol ayırır. Məhəllə sakinləri üzbəüz yaşadıqları binalarda bir dəqiqə ara ilə iftar edirlər. Belə ki, sadəcə, bir yolla ayrılan bu iki məhəllə arasında bir dəqiqəlik saat fərqi var.
Bizim.Media xəbər verir ki, Samsunun Ambartəpə və Elimdağ məhəllələri ilə Ordunun Şentəpə məhəllələrini yeddi metr eni olan yol ayırır.
Bir addımla şəhər dəyişən bu insanlar Ramazan ayında da üzbəüz yaşadıqları evlərdə bir dəqiqəlik ara ilə iftar edirlər.
Orduda yaşayanlar sahur və iftara bir dəqiqə tez, Samsunda yaşayanlar isə gec başlayırlar. Bölgə sakinləri isə artıq bu vəziyyətə öyrəşdiklərini deyirlər.
Bizim.Media