Pərviz Şahbazov italiyalı nazirlə TAP-la bağlı müzakirələr apardı

ADA Universitetində “Azərbaycan-İtaliya: “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə aparan yol” adlı konfrans çərçivəsində energetika naziri Pərviz Şahbazovla İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə Azərbaycan və İtaliya arasında enerji əməkdaşlığının inkişafı müzakirə edilib.

Energetika Nazirliyindən Bizim.Media-ya bildirilib ki, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ikitərəfli enerji əməkdaşlığının, ölkəsinin enerji təminatının və Avropa qaz bazarında mövqeyinin möhkəmləndirilməsində Trans-Adriatik Boru Kəmərinin (TAP) rolunu yüksək qiymətlləndirib. TAP-ın genişləndirilməsi üzrə fəaliyyətə başlamağın vacibliyini qeyd edib.

Energetika naziri Pərviz Şahbazov da Azərbaycanın etibarlı və ən böyük ticarət tərəfdaşı olan İtaliya ilə enerji əməkdaşlığında xam neft təchizatı ilə yanaşı TAP vasitəsilə təbii qaz tədarükünün artan əhəmiyyətindən bəhs edib.

TAP ilə Avropaya artıq 10 milyard kubmetr Azərbaycan qazının çatdırıldığını vurğulayan nazir bildirib ki, böyük qaz resurslarının mövcudluğu, təbii qazın enerji keçidində mühüm rolu və qaz təchizatı mənbələrinin şaxələndirilməsinə artan maraq TAP-ın genişləndirilməsinə imkan yaradır:

“Hazırkı artım tempinin davam edəcəyi təqdirdə bu ilin sonuna qədər İtaliyaya uzunmüddətli və spot müqavilələr əsasında qaz ixracımızın 9,5 milyard kubmetrə çatacağını gözləyirik. TAP-ın genişlənməsi isə yalnız İtaliyanı deyil, Avropanın digər ölkələrini də daha çox təbii qazla təmin edə bilər. Ona görə də maraqlı tərəfləri bu prosesdə fəal iştiraka dəvət edirik.”

Nazir həmçinin TAP-ın genişlənməsi ilə 10 faiz həcmində hidrogen qarışığının nəqlinin də mümkünlüyünü qeyd edib.

Dənizdə külək enerjisindən istifadə ilə Avropaya “yaşıl” enerji və “yaşıl” hidrogen ixracının da gündəlikdə olduğu vurğulanaraq İtaliya şirkətləri bu əməkdaşlıq imkanlarını dəyərləndirməyə çağırılıb.

Görüşdə, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa, İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasına dair məsələlər müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Aralıq dənizində güclü ZƏLZƏLƏ oldu

Aralıq dənizində güclü ZƏLZƏLƏ oldu

Röya Ayxan Toral Bayramovun qızının ad günündə - VİDEO

Röya Ayxan Toral Bayramovun qızının ad günündə - VİDEO

Sıfırdan başlayaraq sərvət qurmağın 7 üsulu

Sıfırdan başlayaraq sərvət qurmağın 7 üsulu

13 illik evlilik bitdi

13 illik evlilik bitdi

Türkiyənin vitse-prezidenti Azərbaycana səfərə gəldi – FOTO

Türkiyənin vitse-prezidenti Azərbaycana səfərə gəldi – FOTO

Məşhur müğənni buna görə məhkəməlik oldu

Məşhur müğənni buna görə məhkəməlik oldu

Hun dövrünə aid əşyalar TAPILDI

Hun dövrünə aid əşyalar TAPILDI

Rəqsanə plastik əməliyyatdan sonra TANINMAZ HALA DÜŞDÜ - VİDEO

Rəqsanə plastik əməliyyatdan sonra TANINMAZ HALA DÜŞDÜ - VİDEO

Bu ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur

Bu ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Bu yay trend olacaq 5 geyim - FOTO

Bu yay trend olacaq 5 geyim - FOTO

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

Aprel döyüşlərindən 10 il ÖTÜR

Aprel döyüşlərindən 10 il ÖTÜR

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub

ABŞ İranla müharibədə 16 “MQ-9 Reaper” PUA-sını itirib

ABŞ İranla müharibədə 16 “MQ-9 Reaper” PUA-sını itirib

“Qalatasaray”ın baş məşqçisi İngiltərə klubunun təklifindən imtina etdi

“Qalatasaray”ın baş məşqçisi İngiltərə klubunun təklifindən imtina etdi

Bakıda bu evlər UCUZLAŞIR

Bakıda bu evlər UCUZLAŞIR

Bu yolda sürət həddi endirildi – FOTO

Bu yolda sürət həddi endirildi – FOTO

Putin Paşinyandan bunu istədi – VİDEO

Putin Paşinyandan bunu istədi – VİDEO

Avropa Hörmüzün açılmasına kömək etməsə, ABŞ Ukraynaya silah tədarükünü dayandıracaq - KİV

Avropa Hörmüzün açılmasına kömək etməsə, ABŞ Ukraynaya silah tədarükünü dayandıracaq - KİV

Kevin Medinanın Toralın məclisindəki rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Kevin Medinanın Toralın məclisindəki rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Putin və Paşinyan arasında görüş - YENİLƏNİB/VİDEO

Putin və Paşinyan arasında görüş - YENİLƏNİB/VİDEO

“Sabah” “Astana” ilə yoxlama görüşü keçirəcək

“Sabah” “Astana” ilə yoxlama görüşü keçirəcək

End of content

No more pages to load

RADİO