Avropa Komissiyası Çinə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen “Twitter” səhifəsində yazıb.
“Çin Litvaya qarşı əsassız ticarət qadağalarını dayandırmalıdır.
Həmçinin Avropa Parlamentinin deputatlarına qarşı sanksiyalar ləğv edilməli, Sincanda insan və əmək hüquqları ilə bağlı qlobal narahatlıqlar həllini tapmalıdır. Eyni zamanda Avropa İttifaqı şirkətlərinin öz bazarına çıxış şərtlərini yaxşılaşdırmalıdır”, - deyə Leyen qeyd edib.
Bizim.Media
