Uill Smitin Kris Roka şillə vurmasından sonra Ceyson adlı “Twitter” istifadəçisi gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, o, 6 il öncə yazdığı tvitdə Smitin Roku vurmalı olduğunu yazıb.
Belə ki, 57 yaşlı komediya ustası Kris Rok 2016-cı ildə baş tutan “Oscar” mükafatlandırma gecəsində də Uill və Cada Smit cütlüyünü hədəf alaraq zarafat edib və bu, tədbirdəki qonaqlar tərəfindən xoş qarşılanmayıb.
Ceyson da Rokun zarafatlarından narahat olaraq “Uill Smit Kris Rokun üzünə yumruq atmalıdır. Başqa seçimi yoxdur” – deyə tvit yazıb.
Qeyd edək ki, Uill Smit Kris Roka həyat yoldaşı Cada Smitin saçları ilə zarafat etdiyi üçün şillə vurub.
Bizim.Media