"Netflix"də yayımlanacaq "Süslü korkuluk" serialı yayıma başlamadan heyətində dəyişiklik olub.
Bizim.Media xəbər verir ki, ekran işində baş rollardan birini canlandırmalı olan aktrisa Esra Bilgiç layihədən ayrılıb.
Buna səbəb aktrisanın yayım şirkətinin şərtləri ilə razılaşmaması olub. Onun kimin əvəzləyəcəyi bəlli deyil.
Qeyd edək ki, serialın digər baş rolunu Çağatay Ulusoy canlandıracaq.
Bizim.Media