Rusiya hərbçiləri Kiyev vilayətinin şimalından Belarus sərhədinə doğru çıxarılır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya nazirliyi “Facebook”da məlumat paylaşıb.
“Rusiya hərbçiləri talan edilmiş əmlakı ölkədən çıxarırlar. Həmçinin onlar dinc əhalinin təxliyəsinə maneə yaradır, yerli sakinlərin evlərindən şəxsi heyətin yerləşməsi üçün istifadə edir, vətəndaşlarımızı girov götürürlər.
Soyğunçuluq və zorakılıq davam edir. Rusiyanın müvəqqəti işğal etdiyi ərazilərdə yerli sakinlərə mal və xidmət ödənişlərini rublla ödəməsi məcbur edilir” – deyə məlumatda qeyd edilib.
Həmçinin bildirilib ki, son sutkada Rusiyanın 3 tankı, 2 zirehli maşını, 2 artilleriya sistemi və daha 10 PUA məhv edilib.
Bizim.Media