Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışıb.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, söhbət zamanı İstanbulda martın 29-da baş tutan Rusiya-Ukrayna danışıqları müzakirə edilib.
Türkiyə lideri Ukrayna və Rusiya prezidentlərini bir araya gətirmək və bu görüşə ev sahibliyi etmək təklifini təkrarlayıb.
V.Zelenski Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşünə ev sahibliyi etdiyi üçün Türkiyə Prezidentinə təşəkkür edib.
Bizim.Media