Rusiya Silahlı Qüvvələrinin indiyədək 17 500 hərbçi zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”da məlumat yayıb.
“Hücum edən tərəfin 614 ədəd tankı, 1 735 ədəd zirehli döyüş maşını, 311 ədəd artilleriya sistemi, 96 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 135 ədəd hərbi təyyarəsi, 131 ədəd helikopteri, 1201 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 75 ədəd yanacaq çəni, 81 ədəd dronu, 22 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib” – deyə məlumatda qeyd edilib.
Bizim.Media