"Hubble" teleskopu kainatın Yerdən ən uzaq məsafədə yerləşən ulduzunu tapıb.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu, təxminən 13 milyard il əvvəl meydana gələn Earendel ulduzudur:
“Bu indiyə qədər müşahidə edilən ən uzaqda yerləşən ulduzdur. Səma cismi yerdən o qədər uzaqdadır ki, onun işığının Yer planetinə çatması üçün 12,9 milyard il vaxt lazımdır”.
Bizim.Media