Amerikanın “Apple” və “Meta” şirkətləri özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edən hakerlərə istifadəçilər haqqında məlumatları təqdim ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
“Saxta təcili sorğulara cavab olaraq şirkətlər hakerlərə qeydiyyatdan keçmiş istifadəçilər haqqında ünvan, telefon nömrəsi və IP ünvanı kimi məlumatları ötürüblər” – deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, qeyri-qanuni əldə edilmiş məlumatlar hakerlər tərəfindən maliyyə fırıldaqçılıq sxemlərini asanlaşdırmaq və digər məqsədlər üçün istifadə edilir.
Bizim.Media