Amerikada Maykl Breseke adlı müəllim onlayn dərs vaxtı seksual məzmunlu videolar izləyib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, həmin anları şagirdlərdən biri qeydə alıb.
53 yaşlı müəllimin izlədiyi videoların səs qeydini sosial şəbəkədə "buna necə icazə verə bilərsiniz?" başlığı ilə paylaşan şagird məktəb müdirini etiketləyib. Məktəb müdiri məsələyə dərhal reaksiya verib. Müəllim vəzifəsindən azad olunub.
Daha sonra isə məsələ ilə bağlı cinayət işi açılıb.
Bizim.Media