Niderland hökuməti Rusiyanın 17 diplomatını ölkədən çıxarmaq barədə qərar verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Niderlandın xarici işlər naziri Vopke Xukstra sözügedən şəxslərin kəşfiyyatçı olduğunu açıqlayıb.
“Onlar Rusiyanın Niderlanddakı nümayəndəliyində diplomat adı altında fəaliyyət göstəriblər”, - nazir yazıb.
Nazirin sözlərinə görə, sözügedən şəxslər Niderlandın təhlükəsizliyini təhdid edirmiş.
Bizim.Media