Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İstanbulda danışıqlarda iştirak edən nümayəndə heyətinə Rusiya nümayəndə heyəti ilə müzakirələrdə yeyib-içməmək barədə xəbərdarlıq edib.
Bizim.Media "Independent"ə istinadən xəbər verir ki, Kuleba bu barədə yerli televiziya kanalına müsahibəsində deyib.
“Rusiya Federasiyası ilə danışıqlara gedən hər kəsə tövsiyə edirəm ki, heç nə yeməsin, içməsin, yaxşı olar ki, hər hansı bir səthə toxunmasın”, - XİN rəhbəri Dmitri Kuleba bildirib.
Bizim.Media