İstanbulda Ukrayna nümayəndə heyətinin üzvü David Araxamia və Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin görüşü keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də məlumat paylaşıb.
“Onlar danışıqlar prosesinin əsas müddəaları haqqında müzakirə aparacaqlar. Nümayəndə heyətləri mübahisəli məsələlərin bütün spektri üzərində paralel işləyirlər”, -deyə Podolyak qeyd edib.
Bizim.Media
