Rusiya ordusu Ukraynaya məxsus “Mi-8” helikopterini vurub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
"Mariupol rayonu yaxınlığında, Azov dənizi üzərində sahil xəttinin beş kilometrliyində "Azov" batalyonu komandirlərini evakuasiya edən "Mi-8" helikopteri vurulmuşdur", - deyə İ.Konaşenkov brifinqdə bildirib.
Bizim.Media