Türkiyəli müğənni Cenk Eren İstanbuldakı evini Səudiyyə Ərəbistanından olan şəxsə 1 illik müqavilə ilə kirayəyə verib.
Bizim.Media xəbər verir ki, müğənni "Instagram" hesabında paylaşdığı videoda ərəblərin evi xarabalığa döndərdiyini deyib.
"Bir atalar sözü var: beş barmağın beşi də bir olmaz. Elə düşünmək istəyirəm. Ərəb dostlarımız kirayə götürdükləri evi belə istifadə ediblər. Vicdanla əlaqədar bir durumdur", deyə Cenk Eren yazıb.
Bizim.Media