Brüssel Ukraynanın Avropa İttifaqına üzvlük müraciətinə baxmağa başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Genişlənmə və Qonşuluq Siyasəti üzrə Avropa komissarı Oliver Varheyli özünün tvitter hesabından məlumat verib.
"Aİ Ukraynaya və onun xalqına yardım göstərməklə dəstəyini davam etdirir. Və biz Ukraynanın üzvlük ərizəsi əsasında rəyin hazırlanması üzərində işə başlamışıq. Bacardığımız qədər tez işləyəcəyik", - Valheyri bildirib.
Qeyd edək ki, Ukrayna fevralın 28-də Avropa İttifaqına üzv olmaq üçün xüsusi prosedur qaydasında müraciət göndərib.
Bizim.Media