Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Ermənistan və Azərbaycandan olan həmkarları Ararat Mirzoyan və Ceyhun Bayramovla İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanması məsələsini müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ararat Mirzoyanla müzakirə zamanı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması məsələsinə toxunulub və Rusiyanın buna hər cür töhfə verməyə hazır olduğu qeyd edilib.
Bizim.Media