Rusiya ilə Ukrayna arasında danışıqların dinamikası lazımi səviyyədə deyil”.
Bizim.Media xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“Danışıqlarda irəliləyiş səviyyəsi vəziyyətin inkişaf dinamikasının tələb etdiyi kimi deyil. Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqlarda sürətli işləməyə daha çox hazırdır” – deyə Peskov qeyd edib.
Kremlin sözçüsü Rusiya və Ukrayna Prezidentləri Vladimir Putinlə Volodimir Zelenskinin mümkün görüşü haqqında heç bir razılaşma olmadığını söyləyib:
“Hələ nəticəyə gəlinəcək bir şey yoxdur”.
Bizim.Media