Ukraynaya döyüşmək üçün göndərilən çeçen əsgərlərindən birinin səs yazısı yayılıb.
Bizim.Media Ukrayna Müdafiə Nazirliyinin rəsmi teleqram kanalına istinadən xəbər verir ki, səs yazısında çeçenistanlı əsgərin həyat yoldaşı ilə danışığı öz əksini tapıb.
Belə ki, döyüşçü həyat yoldaşına Ukraynaya nə üçün göndərildiklərini belə izah edib:
“Rus əsgərlərinin döyüş meydanından qaçmasının qarşısını almaq üçün bizi Ukraynaya göndəriblər”.
Bizim.Media