Finlandiya bu il də dünyanın ən xoşbəxt ölkəsi seçilib.
Bizim.Media “CNN”ə istinadən xəbər verir ki, bu barədə məlumat Dünya Xoşbəxtlik Hesabatında (World Happiness Report) yer alıb.
Birləşmiş Millətlər Təşlikatının maliyyələşdirdiyi illik indeksə görə, Finlandiya beşinci ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilib.
Siyahının 2-ci sırasında Danimarka, 3-cü yerdə isə İslandiya qərarlaşıb. Əfqanıstan, ardınca isə Livan “ən bədbəxt” ölkələr siyahısına liderlik edir.
Qeyd edək ki, artıq 10 ildir ki, Dünya Xoşbəxtlik Hesabatı insanların öz xoşbəxtlikləri ilə bağlı qiymətləndirmələrinə, həmçinin iqtisadi və sosial məlumatlara əsaslanır.
Bizim.Media