Xarici İşlər Nazirliyinin əməkdaşı Araz Nazim oğlu İmanov işindən ayrılıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə öz "Facebook" hesabında məlumat verib.
"Əziz dostlar, hörmətli həmkarlar, qürur hissi ilə bildirirəm ki, 16 illik təcrübəm ilə AR Xarici İşlər Nazirliyindən ayrılıb fəaliyyətimi Qarabağın bərpası istiqamətində davam etdirəcəm”, - deyə A.İmanov bildirib.
Bizim.Media