Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.
Bildirilib ki, XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə edirlər.
Antalyada keçirilən üçtərəfli görüşdən sonra bu, Çavuşoğlu ilə Lavrovun ilk görüşüdür.
Qeyd edək ki, türkiyəli nazir sabah Ukraynaya səfər edəcək.
Bizim.Media