Poydumların məşhur simalarından olan Bella Hadid etirafı ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, 25 yaşlı model 14 yaşında burun əməliyyatı keçirdiyini söyləyib.
“Ailənin yeganə qaraşın üzvü olduğum üçün mənə çirkin olduğum hiss etdirildi. 14 yaşında etdiyim rinoplastikaya görə peşmanam. Kaş ki, atalarımdan miras qalan burunla yaşamağa davam edərdim. Düşünürəm ki, buna öyrəşə bilərdim” – deyə fələstin əsilli model qeyd edib.
Bizim.Media

