Azərbaycan və Niderland Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr KEÇİRİLDİ

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Niderland Krallığının Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Niderland tərəfindən isə bu ölkənin Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə baş direktoru Thijs van der Plas rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı 2022-ci ilin aprel ayında Azərbaycan və Niderland arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinin qeyd olunacağı, bu müddət ərzidnə ölkələrimiz arasında münasibətlərin bütün sahələrində, o cümlədən siyasi, mədəni, humanitar sahələrdə inkişaf etdiyi bildirilib.

Həmçinin, iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. İkitərəfli ticari- iqtisadi əlaqələr üçün geniş potensial imkanların mövcud olduğu qeyd edilib.

Tərəflər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb və bu xüsusda, siyasi müstəvidə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

X.Xələfov qarşı tərəfə 44 günlük Vətən müharibəsi və üçtərəfli bəyanatların imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası və orada həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eyni zamanda Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində X.Xələfov Niderland Krallığı Senatının xarici məsələlər, müdafiə və inkişafa yardım üzrə daimi komitəsinin sədri Ernest Bastiaan von Apeldoorn ilə görüş keçirmiş və iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ardıcıl 3 gün iş olmayacaq

Ardıcıl 3 gün iş olmayacaq

Fuad Qəhrəmanlıya iğtişaşlar törətmək üçün pullar belə verilib – ANBAAN VİDEO

Fuad Qəhrəmanlıya iğtişaşlar törətmək üçün pullar belə verilib – ANBAAN VİDEO

ABŞ klubu Nəriman Axundzadəni əvəzedici heyətə göndərdi

ABŞ klubu Nəriman Axundzadəni əvəzedici heyətə göndərdi

Əli Kərimlinin saxlanıldığı an -VİDEO

Əli Kərimlinin saxlanıldığı an -VİDEO

Qızını həbsdən qurtarmaq istəyən ana fırıldaqçının toruna düşdü

Qızını həbsdən qurtarmaq istəyən ana fırıldaqçının toruna düşdü

Fermerlərə ŞAD XƏBƏR!

Fermerlərə ŞAD XƏBƏR!

Fuad Qəhrəmanlıdan Milli Məclisi ələ keçirmək planı ilə bağlı SENSASİON ETİRAF – VİDEO

Fuad Qəhrəmanlıdan Milli Məclisi ələ keçirmək planı ilə bağlı SENSASİON ETİRAF – VİDEO

Qənimət Zahid: “Əli Kərimli hakimiyyətə gələndən sonra KTMT-yə qoşulmağa razılıq verəcək” – VİDEO

Qənimət Zahid: “Əli Kərimli hakimiyyətə gələndən sonra KTMT-yə qoşulmağa razılıq verəcək” – VİDEO

Bu marşrut xətti üzrə avtobuslar yeniləndi – FOTO

Bu marşrut xətti üzrə avtobuslar yeniləndi – FOTO

Ramiz Mehdiyevlə xarici kəşfiyyət orqanının əməkdaşı arasında telefon danışığının ANBAAN VİDEOSU

Ramiz Mehdiyevlə xarici kəşfiyyət orqanının əməkdaşı arasında telefon danışığının ANBAAN VİDEOSU

Ramiz Mehdiyevin evindən çıxan milyonlar– VİDEO

Ramiz Mehdiyevin evindən çıxan milyonlar– VİDEO

Beren Saat müğənniliyə başladı – VİDEO

Beren Saat müğənniliyə başladı – VİDEO

“Azəri-Çıraq-Günəşli”dən hasil olunan neftin həcmi açıqlandı

“Azəri-Çıraq-Günəşli”dən hasil olunan neftin həcmi açıqlandı

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi

Bakı–Şamaxı–Yevlax yolunda son vəziyyət necədir? - FOTO

Bakı–Şamaxı–Yevlax yolunda son vəziyyət necədir? - FOTO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı - VİDEO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı - VİDEO

Millətlər Liqası: Bu gün millimizin rəqibləri bəlli olacaq

Millətlər Liqası: Bu gün millimizin rəqibləri bəlli olacaq

Sabahın havası - 18 dərəcə isti olacaq

Sabahın havası - 18 dərəcə isti olacaq

Trendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası – FOTO

Trendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası – FOTO

Ağalı sakinlərinin NƏZƏRİNƏ - Martın 13-də…

Ağalı sakinlərinin NƏZƏRİNƏ - Martın 13-də…

Mahir Səfərli BMT-də rəhbər vəzifəyə TƏYİN OLUNDU

Mahir Səfərli BMT-də rəhbər vəzifəyə TƏYİN OLUNDU

Sovet dövrünün Gəncə əfsanəsi: “Dirilən heykəl”in SİRRİ

Sovet dövrünün Gəncə əfsanəsi: “Dirilən heykəl”in SİRRİ

“Mançester Siti” öz meydanında qalib gəldi - VİDEO

“Mançester Siti” öz meydanında qalib gəldi - VİDEO

Təhqirə görə qonşusunu maşında bıçaqladı

Təhqirə görə qonşusunu maşında bıçaqladı

End of content

No more pages to load

RADİO